Cəmiyyət

Qiymət artsa, taksi fəaliyyəti çökəcək - Ekspert

13 İyun 2023 11:41
Baxış: 904
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəsmi olaraq 67 min taksinin fəaliyyət göstərdiyi deyilsə də, realda bu rəqəm daha çoxdur. Bu gün taksilərə olan maraq qiymətlərin münasib olması ilə əlaqədardır. Bunun digər səbəbi isə avtobuslardakı xidmətin insanları qane etməməsidir.

Milli.Az xəbər verir ki, bu sözləri Axar.az-a nəqliyyat eksperti Aslan Əsədov taksi fəaliyyəti ilə bağlı son günlər aparılan müzakirələr haqda danışarkən deyib.

Ekspert rəqəmsal inkişaf və nəqliyyat nazirinin taksi qiymətlərinin bahalaşması barədə açıqlamasına da münasibət bildirib:

"Qeyd olunur ki, taksilər gəlirlərindən məhrum olmayacaq. Amma qiymət artımı taksilərdən istifadəni azaldacaq. Əgər vətəndaşlar taksilərdən istifadə etməyəcəksə, onlar da London taksilərinin vəziyyətinə düşəcək. Ona görə də birmənalı demək olar ki, qiymət artımları səmərəliliyi və gəlirliyi azaldacaq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.