Cəmiyyət

İntihar edən şəxsin cibindən məktub çıxdı

17 May 2010 10:32
Baxış: 237
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yevlax rayonunda intihar hadisəsi baş verib.

Rayon Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, şəhər sakini 45 yaşlı Rafiq Hüseynov özünü asıb.

Mərhumun meyiti yaşadığı Cəfər Cabbarlı küçəsi, ev 5-də pilləkəndə dəmir borudan aslımış vəziyyətdə qonşusu tərəfindən aşkar edilib.

Fərdi əməklə məşğul olan R.Hüseynovun ruhi-əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Onun cibindən tapılmış məktub da bunu təsdiq edir. Məktubda qeyd olunub ki, "əsəb xəstəliyindən əziyyət çəkdiyimə görə intihar edirəm. Ölümümdə heç kim günahkar deyil".

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.