Bakı məktəbində insident: Narkotik satdığı iddia edilən şagirdin atası müəllimə hücum etdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün səhər saatlarında Yasamal rayonu 158 nömrəli orta məktəbdə müəllimlə valideyn arasında insident yaşanıb. Metamfetamin satdığı iddia olunan 10-cu sinif şagirdi Mehdi Məmmədlinin atası direktorun otağında həmin məktəbin dil-ədəbiyyat fənnini tədris edən Səhər Əhmədovaya hücum edib.
Müəllimənin telefonunu əlindən alan valideyn ona nalayiq ifadələr səsləndirib və beləliklə mübahisə böyüyüb. Səhər Əhmədova baş verənlərlə bağlı "102" xidmətinə müraciət etmək istəsə də, məktəbin direktoru Mehriban Ələkbərova buna imkan verməyib. Səhər Əhmədovanın müəllim yoldaşları da mübahisə edən tərəfləri sakitləşdirməyə cəhd ediblər.
Bizim.media-ya müraciət edən 158 nömrəli məktəbin müəllimi Səhər Əhmədova aidiyyəti qurumların sözügedən təhsil müəssisəsini nəzarətə götürmələrini istəyib.
O, deyib ki, 10-cu sinif şagirdi Mehdi Məmmədli onunla bir sinifdə oxuduğu bacısı qızına əməlli-başlı travma yaşadır:
"Bacım qızını bu ilin sentyabrından Kürdəmirdən həmin məktəbə transfer etmişik. Şəhər mühitinə alışmamış hər gün travma yaşayır. Sinif yoldaşı Mehdi Məmmədli onun "gününü qara edib". Sən demə bir neçə ay əvvəl də qıza bıçaq çəkərək - "səni yortaram", - deyib. Bacım qızı şikayətlənmədiyi üçün xəbərimiz olmayıb.
Ötən gün aralarında növbəti problem yaşanıb. Mehdi Məmmədli barədə məktəb daxilində heç də xoş sözlər deyilmir. Eşitmişəm ki, metamfetamin satmaqla məşğuldur, dəfələrlə məktəb çantasından qəlyan çıxıb, pis vərdişləri var, 10-cu sinfə isə bütün fənlərdən "2" qiymətlə çıxıb.
Aşağı sinif şagirdləri belə ondan qorxur, yan gəzir və kriminal uşaq olduğunu deyirlər. Bir sözlə hamıya qənim kəsilib. Məktəb direktoru isə bu vəziyyətə və baş verənlərə susur".
Səhər Əhmədovanın sözlərinə görə Mehdi Məmmədli bacısı qızına onunla bağlı xoş olmayan ifadələr səsləndirib.
Bundan təngə gələn qız baş verənləri xalasına danışıb və beləliklə Mehdi Məmmədlinin atası ilə müəllim arasında qalmaqal yaşanıb:
"Ona oğlunun metamfetamin satışı ilə məşğul olduğunu dedim. "Sübut et", - deyə üzərimə hücum edərək telefonumu əlimdən aldı. Bütün bunlar isə direktorun otağında baş verdi. İş orasındadır ki, direktor da illərdir hamı üçün problem yaşadan şagirdin atasını müdafiə edir. Tələb edirəm, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Elm və Təhsil Nazirliyi komissiya göndərsinlər və məktəbdə baş verənləri araşdırsınlar. Direktorun isə belə valideynləri niyə müdafiə etdiyi ortaya çıxsın".
Məsələ ilə bağlı məktəbin direktoru Mehriban Ələkbərova ilə əlaqə yaradılıb. Danışa bilmədiyini əsas gətirərək bir neçə dəqiqə sonra özü əlaqə yaradacağını desə də, geri dönüş etməyib. Təkrar özümüz əlaqə yaratsaq da, danışmaq istəməyib.
Mehdi Məmmədlinin sinif rəhbəri Mətanət xanım da baş verənlərlə bağlı danışıb. O, deyib ki, valideynin müəllimin üzərinə yeriməsi, hücum çəkərək təhqir etməsi düzgün olmayıb:
"Mən də oradaydım. Valideyn düz eləmədi. Hətta ağzından söyüşlər də çıxdı. Mən bunun əleyhinəyəm. Cəmiyyətdə müəllimin nüfuzu o qədər aşağı düşüb ki, valideynlər üstümüzə hücum çəkirlər. Həmin vaxt valideynə də yalvardıq, xahiş etdik ki, oturaq, sakit danışaq. Hər şey ola bilər. Biz valideynlərdən, uşaqlardan hər şey gözləyirik. Mehdinin sinif yoldaşı ilə bağlı problemində isə iştirak etməmişəm. Aralarındakı məsələ tənəffüsdə baş verib".
Müəllim deyib ki, Mehdi Məmmədlinin bir neçə dəfə də sinif yoldaşları ilə insidenti olub:
"Pilot sinif olduğu üçün o sinfi bu il götürmüşəm. Adi sinifdir və yığma komanda da deyə bilərik. Mehdi idmanla məşğul olur və belə pis uşaq deyil. Amma narahatlığı olduğunu gizlədə bilmərəm. Görürsən, uşaqlarla deyişir və hərdən kobud zarafatlar edir. Bir neçə dəfə sinif yoldaşları ilə insidentləri olub. Dəfələrlə danışmışıq, psixoloq da onunla məşğul olub. Nə edək? Məktəbdir və biz də bu şəraitdə işləyirik. Qaldı ki, metamfetamin satması iddiasına onun pis vərdişlərini, hansısa alışqanlığını deyə bilmərəm. Oxumağı isə, bəli, zəifdir", - deyə sinif rəhbəri əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Məişət zorakılığının qurbanları ilə bağlı yeni məlumat
-
Prezident İlham Əliyev: Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, imkan verməzdi ki, Qarabağda separatizm meylləri yer alsın
-
Azərbaycan ABŞ-nin regionda daha fəal iştirakını gözləyir - Prezidentin köməkçisi
XƏBƏR LENTİ
-
Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
“Birliyin gücü-2026” təlimləri başa çatdı
-
Prezident İlham Əliyev: Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Prezident İlham Əliyev: Azərbaycan nadir ölkələrdəndir ki, bütün növ enerji resurslarını istehsal edir, hasil edir və ixrac edir
-
Prezident İlham Əliyev: Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib
-
Qaxda 7 kiloqramdan artıq narkotik aşkarlandı: İki nəfər saxlanıldı
-
Prezident İlham Əliyev: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
-
Prezident İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
-
Prezident İlham Əliyev: Müasir ideoloji işlər aparılmalıdır
-
Sumqayıtda məktəbdə 14 şagird zəhərləndi
-
Erməni snayper qadınlar hərbçilərimizi buradan hədəfə alıblar - (Video)
-
Prezident İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
-
Prezident İlham Əliyev: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
-
Məkkədə bomba həyəcanı - (Video)
-
Məişət zorakılığının qurbanları ilə bağlı yeni məlumat
-
Prezident İlham Əliyev: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
-
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - (Video)
-
Prezident İlham Əliyev: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
-
Prezident İlham Əliyev: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır
-
Aparıcı Çiçəyin dekolteli geyimi diqqət çəkdi - (Video)
-
Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi





