Cəmiyyət

TQDK-ya 63 minədək abituriyent ərizə verib

4 May 2012 10:11
0 Şərh     Baxış: 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanda ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bu günədək 63 minədək abituriyent ərizəsini verib. Trend-in məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından cümə günü bildirilib.

Mayın 4-nə 62 779 nəfər ərizə verib ki, onlardan 53 687-si Azərbaycan bölməsi üzrədir. İxtisas qruplarından ən çox ərizə I və III qruplar üzrədir - müvafiq olaraq 19 711 və 19 797. II qrupa 14 786, IV qrupa 8 485 nəfər ərizə verib.

2012/2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər mayın 16-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və mayın 18-dək tələb olunan sənədləri Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.