Cəmiyyət

Köhnə binalardakı mənzillər bahalaşıb - VİDEO

15 May 2023 17:36
Baxış: 1 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Köhnə binalarda mənzillərin qiyməti 30-35 min manat bahalaşıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, mənzil bazarında köhnə binlara marağın artması qiymətə də ciddi təsir edib.

Rieltor Mülkədar Rüstəmov "Xəzər Xəbər"ə deyir ki, indi tələbat çox olsa da, köhnə binada satışan çıxarılan mənzillərin sayı azdır. Bu binalarda müştərilər tərəfindən daha çox axtarılan isə 2-3 otaqlı mənzillərdir.

Onun sözlərinə görə indi bu mənzillər əvvəlkindən 30-35 min manat baha təklif olunur. Şəhərin mərkəz hissələrində isə bu məbləğ daha da artır. Xüsusilə metrostansiya yaxınlığında yerləşən binalarda.

Mülkədar Rüstəmov isə bildirib ki, köhnə binalara marağın artmasına səbəb dözümlü hesab olunması ilə yanaşı həm də, binanın dövlət balansında olmasıdır ki, yaranan hər hansı problem zamanı sakinlər mtk rəhbərinə yox aidiyəti quruma müraciət edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.