Cəmiyyət

Qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti bu tarixədək davam edəcək

13 May 2023 23:30
Baxış: 3 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı və küləkli hava şəraiti mayın 16-dək davam edəcək.

Milli.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, yağıntıların bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi gözlənilir.

Həmçinin dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 13-ü saat 20:00-a olan hava məlumatını açıqlayıb.

Qeyd olunub ki, əsasən Kürdəmir, Sabirabad, Şəmkir, Daşkəsən, Yevlax, İsmayıllı, Gəncə, Göygöl, Gədəbəy, Tovuz, Ağstafa, Beyləqan, Şahbuz, Ordubad, Naftalan, Ağdam, Balakən, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Qobustan, Sarıbaş(Qax), Ləzə(Qusar), Xaltan, Şahdağ, Zərdab, Cəfərxan, Salyan, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Neftçalada şimşək çaxıb, arabir yağış yağıb.

Bəzi yerlərdə leysan xarakterli olub.

Dolu: Saat 18:35-dən 30 saniyə ərzində Samux rayonu İnstitut qəsəbəsinə diametri 6-7 mm olan dolu düşüb.

Külək: Şimal-qərb küləyi arabir Neftçala 20 m/s, Salyan 18 m/s, Şəki 16 m/s-dək güclənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.