Cəmiyyət

Bakıda daha bir marşrut kart sisteminə keçib - FOTO

8 May 2023 08:49
Baxış: 1 987
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Artıq bu gündən 50 nömrəli müntəzəm marşrut üzrə ("Neftçilər" metro stansiyası - Yeni Günəşli qəsəbəsini əlaqələndirən) avtobuslarda gediş haqqı nağdsız qaydada ödənilir.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Milli.Az-a verilən məlumata görə, bununla da sözügedən marşrutdan gündəlik istifadə edən 10 minə yaxın sərnişinin rahat gediş-gəlişi təmin edilib.

İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək.

Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.