Cəmiyyət

Zəif nəticə göstərən uşaqlara psixoloji təzyiq etməyin! - Acı nəticələrə səbəb ola bilər - VİDEO

22 Aprel 2023 11:41
Baxış: 931
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmtahanlarda zəif nəticə göstərən uşaqların valideynləri tərəfindən psixoloji təzyiqə məruz qalması acı nəticələrə səbəb ola bilər.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, psixoloqlar bu hallarla bağlı həyəcan təbili çalırlar.

Mütəxəssislərin sözlərinə görə,  valideynlər bu vəziyyətlərdə  tənqidedici yox, dəstək olan tərəf olmalıdırlar.

Psixoloq Əfsanə Rüstəmovanın sözlərinə görə, hər bir abituriyent imtahandan öncə də psixoloji dəstək görməlidir. Bu həm məktəbdə olan mütəxəssislər tərəfindən olmalı, həm də valideynlər tərəfindən prosesə dəstək verilməlidir.

Təhsil üzrə mütəxəssis Elşən Qafarovun fikrincə, imtahanlarda zəif  nəticə göstərmək hələ son deyil.

Mütəxəssislər bildirirlər ki, hələ qarşıda imtahanların növbəti mərhələsi var və bu dönəmdə də valideynlər övladlarına dəstək olmağa davam etməlidirlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.