Cəmiyyət

"Böyük Qayıdış" dövlət proqramı çərçivəsində işlər 5 mərhələ üzrə aparılır

17 Aprel 2023 14:40
Baxış: 944
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Böyük Qayıdış" dövlət proqramı ilə nəzərdə tutulan işlər 5 mərhələ üzrə aparılır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun tərkibinə daxil olan işğaldan azad edilmiş ərazilərindəki (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov "İşğaldan azad olunmuş ərazilərin investisiya cəlbediciliyi" mövzusunda bu gün Şamaxıda keçirilən elmi-praktik konfransda deyib.

"Bunlar ümumi və baş planların layihələndirilməsi, minatəmizləmə, baza infrastrukturun yaradılması, sosial-iqtisadi infrastrukturun tammiqyaslı yenidən qurulması və nəhayət insanların qayıdışının təmin olunmasıdır. Planlaşdırmanın təkcə tikintiyə deyil, minatəmizləməyə də aid olması vacibdir. Baza infrastruktur təmin edilməlidir ki, buraya yollar, qaz, işıq, su, rabitə və sosial infrastruktur - məktəblər, xəstəxanalar, inzibati binalar və yaşayış evləri daxildir", - o deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.