Cəmiyyət

Bakıda QƏZA: 2 avtomobil toqquşub, xəsarət alanlar var - FOTO

17 Aprel 2023 07:53
Baxış: 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər yaralanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, avtoqəza Azadlıq prospektində baş verib.

Belə ki, "Chevrolet" markalı avtomobilin sürücüsü prospektin kəsişməsində olan yolu keçərkən "Kia" markalı nəqliyyat vasitəsi ona çırpılıb. Zərbənin təsirindən "Kia" deformasiyaya uğrayıb. Bundan əlavə, sözügedən nəqliyyat vasitəsinin sürücüsü və sərnişini müxtəlif bədən xəsarətləri alıblar. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qəzanın dəqiq səbəbi hələlik bilinmir. Buna görə də, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avtotexniki ekspertiza təyin edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.