Cəmiyyət

Araz çayının səviyyəsi düşüb, kəndlər susuz qalıb - VİDEO

10 Aprel 2023 19:00
Baxış: 994
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

2000 nəfərə yaxın vətəndaşın yaşadığı İmişlinin Oruclu kəndində sakinlər su üzünə həsrət qalıblar.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sakinlər iddia edir ki, 3 ilə yaxındır ki, su üzünə həsrətdirlər. Vəziyyətdən çıxış yolu tapa bilmirlər.

Sakinlər əkin sahələrinin suvara bilmədiklərini, həyətlərindəki meyvə ağaclarının susuzluqdan quruduğunu deyirlər.

Kənd bələddiyyəsi də su təchizatında ciddi problemlərin olduğunu etiraf edib.

Suvarma Sistemləri İdarəsindən bildirilib ki, kəndi su ilə təmin edən Araz çayında səviyyə düşüb. Nəticədə su müəyyən qrafik əsasında verilir və bu isə kəndliləri qane etmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.