Cəmiyyət

Qədr gecələri başlayır - Tarixləri

8 Aprel 2023 20:32
Baxış: 1 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 9-da ilk Qədr (Əhya) gecəsi olacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Ramazan ayının xüsusi təqvimində bildirilib.

Digər Qədr gecələri isə aprelin 11-i, 13-ü və 17-nə təsadüf edəcək.

Bundan əlavə, şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.