Cəmiyyət

Azərbaycanda bu kənddən gələn suyun içindən QURD çıxır - VİDEO

5 Aprel 2023 13:42
Baxış: 1 812
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəkidə 2500-dən çox sakini olan Cəyirli kəndinin içməli su təchizatı Əlican çay hesabına həyata keçirilir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, son günlər kənddən keçən kanalın suyunda qurdların olması sakinləri narahat edir.

Cəyirli Kənd icra nümayəndəliyindən bildirildi ki, çirkli suyun kanala Oğuz rayonunda yerləşən bir neçə müəssisə tərəfində  axıdıldığı məlum olub.

Sakinlərin suya olan tələbatını ödəmək üçün bir neçə il əvvəl anbar tikilib. Amma bu hələ ki, faydasızdır.

Məlumata görə anbarın elektrik borcu olduğuna üçün fəaliyyəti müvəqqəti dayandırılıb. Şəki su kanal törəmə səhmdar cəmiyyətindən bildirildi ki, cari ildə Cəyirlidə anbardan kəndin daxilinə su xətlərinin çəkilişi nəzərdə tutulmayıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.