Cəmiyyət

DYP-dən vətəndaşa "sürpriz" cərimə - VİDEO

27 Mart 2023 14:31
Baxış: 3 506
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Öz adına olan avtomobilinə başqa şəxsin adı ilə cərimə yazılıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, sürücünün mobil telefonuna, etibarnaməsiz avtomobil idarə edildiyinə görə, 40 manat cərimə protokolunun məlumatı göndərilib. Hadisə Sumqayıt şəhər sakini Sevda Qasımovanın başına gəlib.

Sürücünün iddiasına görə, bu ilin yanvar ayının 30-da ona məxsus minik avtomobilinə paytaxtın "20 yanvar" dairəsində 40 manat cərimə yazılıb. Cərimə protokolunda qeyd olunub ki, həmin tarixdə sözügedən avtomobili Kəlbəcər rayon İstibulaq kənd sakini Elvin Abdulrəhmanzadə etibarnaməsiz idarə edib. Protokol da məhz Elvinin adına rəsmiləşdirilib. Bununla belə cərimə barədə məlumat Elvin Abdulrəhmanzadənin ünvanına deyil, avtomobilin sahibi olan Sevda Qasımovanın ünvanına göndərilib.

Avtomobil sahibi deyir ki, o, nə həmin şəxsi tanıyır, nə də həmin tarixdə avtomobili Bakı şəhərində olub. Cərimə barədə isə 2 gün əvvəl xəbər tutub.

Hazırda Sevda Qasımova avtomobilinə həbs qoyulacağından ehtiyat edir.

Mövcud problemlə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, sürücü Sevda Qasımovanın müraciəti qısa vaxt ərzində araşdırılacaq və məsələyə qanun çərçivəsində hüquqi qiymət veriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.