Qazan xanın yurd saldığı “Qazan köşkü” - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cəlilabad rayonunda yerləşən "Qazan köşkü" tarixi abidə olmaqla yanaşı, rayonda ən hündür ərazi hesab olunur. Buradan nəinki Cəlilabad, həmçinin qonşu əraziləri seyr etmək mümkündür.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, "Qazan köşkü" Cəlilabad şəhərindən 25-27 kilometr aralıda, Musalı kəndinin şimal-şərqində, Burovar silsiləsinin ən ucqar nöqtələrindən birində, dəniz səviyyəsindən min metr yüksəklikdə yerləşir.
Abidənin adındakı "köşk" sözü qala mənasında işlənir. "Qazan köşkü" dairəvi, ellips formasındadır. Ərazisi bir hektardan artıq sahəni əhatə edir. Azərbaycan arxeologiyasında "Qazan köşkü" abidəsi XIV əsrə aid edilir və Hülakü hökmdarı Qazan xanın (1295-1304) quruculuq fəaliyyəti ilə əlaqələndirilir.
Qalanın xan tərəfindən inşa edildiyi ehtimal olunur. Tarixçilərin sözlərinə görə, qala Qazan xanın yay iqamətgahlarından biri olub və buna görə də əhali həmin ərazini Qazan köşkü adlandırıb.
Tarixçi Ələsgər Mirzəzadənin sözlərinə görə, qalanın coğrafi üstünlüyü onun strateji mövqeyi ilə bağlıdır. Qala yeraltı və yerüstü hissələrdən ibarətdir. Abidənin yerüstü hissəsi, demək olar, tamamilə dağılıb. Amma qalanın tikintisində istifadə olunan qırmızı kərpiclər günümüzə qədər gəlib çıxıb. Səidəli Kazımbəyoğlu öz kitabında Elxani hökmdarı Qazan xanın burada yurd salması haqqında ətraflı qeydlər edib. Burada arxeoloji qazıntılar aparılarsa, Azərbaycan tarixi üçün böyük bir mənbə üzə çıxar.
Qalanın üst tərəfi kirəc məhlulundan istifadə olunmaqla, qırmızı kərpicdən tikilib. Kərpiclərin ölçüləri 21x21x5 santimetr, 21,5x21,5x5 santimetr olsa da, çəkiləri arasında fərqlərin olması diqqəti çəkir.
"Qazan köşkü" ərazisində gildən hazırlanmış məişət qabları - dörd ədəd gil qoç fiqurları, quş rəsmli saxsı cam (piyalə), bəzək əşyaları tapılıb. Tədqiqatçı-tarixçi Elşad Əmənov tərəfindən tapılan bu maddi mədəniyyət nümunələri Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə verilib.
Azərbaycan arxeologiyasında "Qazan köşkü" XIV əsr abidəsi kimi ehtimal olunsa da, qala və qala ətrafında tapılan mədəniyyət nümunələrinə əsaslanan yerli tədqiqatçılar onun XIV əsrdə deyil, ondan 600-800 il əvvəl tikildiyini təxmin edirlər.
"Qazan köşkü" XIV əsrə aid ölkə əhəmiyyətli arxeoloji abidə kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülüb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib - (Foto/Video)
-
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi qaydası dəyişdirilib
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Ceyhun Bayramov və Marko Rubio Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvana aparıldı
-
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüş keçirilib - (Foto)
-
"Güləndə vicdan əzabı çəkirdim ki, utanmıram, niyə gülürəm?" - İlhamə Qasımova
-
Ardanın qiyməti rekorda qalxdı
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
"Belə kişidən boşanmaq lazımdır" - Nigar Mahmudova
-
Haqsızlıq görəndə susmurlar: Ədalət duyğusu ən güclü olan 3 bürc
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
İlie Datku vəfat edib
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi





