Cəmiyyət

Günün qoroskopu

15 May 2010 07:00
Baxış: 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Göylərin mənzərəsi

15 may şənbə, 2-ci Ay günü, Günəş - Buğada, Ay - Əkizlərdə, Merkuri - Buğada, Venera - Əkizlərdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.

Münəccim öncəgörümləri

Qoç - Uğurlu günlərdən birini yaşayırsınız. Ev işləri, təmir, inşaat üçün uğurlu vaxtdır. Maliyyə məsələlərini yoluna qoymaqda hələ də çətinlik çəkirsiniz.   

Buğa -  Mübahisə və münaqişələrlə dolu bir gündür. Çətin keçən günlərdən biridir.

Əkizlər -  Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Sevgi münasibətlərində ürəkdolusu sevinc yaşayacaqsınız.  

Xərçəng - Sizin üçün uğurlu olmayan bu gün problemlərin gətirdiyi başağrısı ilə yadda qalacaq. Uğursuzluq vaxtı fəalliyyətinizi məhdudlaşdırmaq ən doğru çıxış yoludur.

Şir  - Özünüzü güclü hiss edəcəksiniz. İşləriniz alınacaq. Yaradıcılıq və təhsillə bağlı hər bir işdə uğur var.  

Qız -  İşləriniz alınmır. Sizi düzgün başa düşmürlər. Buraxdığınız səhvləri düzəltmək hələ də alınmır.

Tərəzi - Fəaliyyətinizlə yeniləşmə etməlisiniz. Maliyyə imkansızlığını aradan qaldırmaq üçün əldə olunan imkanların hamısından istifadə etməlisiniz.

Əqrəb -  Çətin gündür. Sizi əsəbiləşdirən situasiyalarda sakit qalmağı bacarın.

Oxatan - Özünüzü güclü vəziyyətin ağası hiss edəcəksiniz. İşləriniz alınacaq. Maliyyə uğurları olmasa da, öz gücünüzə inamını qaytara biləcəksiniz.

Oğlaq - Çətin günlərdən birini yaşayırsınız. İşləriniz alınmırsa yarımçıq qoyduğunuz problemləri həll etməyə çalışın.

Dolça - Uğurlu gününüzdür. Ağıllı hərəkət etsəniz, ziyana düşməzsiniz. Ərköyünlük etməyin.

Balıqlar - İşləriniz alınmır. Səhhətinizə qarşı diqqətli olun. Vaxtından tez yatmağa çalışın.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.