Günün qoroskopu
15 May 2010 07:00
Göylərin mənzərəsi
15 may şənbə, 2-ci Ay günü, Günəş - Buğada, Ay - Əkizlərdə, Merkuri - Buğada, Venera - Əkizlərdə, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Qızda, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Uğurlu günlərdən birini yaşayırsınız. Ev işləri, təmir, inşaat üçün uğurlu vaxtdır. Maliyyə məsələlərini yoluna qoymaqda hələ də çətinlik çəkirsiniz.
Buğa - Mübahisə və münaqişələrlə dolu bir gündür. Çətin keçən günlərdən biridir.
Əkizlər - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Sevgi münasibətlərində ürəkdolusu sevinc yaşayacaqsınız.
Xərçəng - Sizin üçün uğurlu olmayan bu gün problemlərin gətirdiyi başağrısı ilə yadda qalacaq. Uğursuzluq vaxtı fəalliyyətinizi məhdudlaşdırmaq ən doğru çıxış yoludur.
Şir - Özünüzü güclü hiss edəcəksiniz. İşləriniz alınacaq. Yaradıcılıq və təhsillə bağlı hər bir işdə uğur var.
Qız - İşləriniz alınmır. Sizi düzgün başa düşmürlər. Buraxdığınız səhvləri düzəltmək hələ də alınmır.
Tərəzi - Fəaliyyətinizlə yeniləşmə etməlisiniz. Maliyyə imkansızlığını aradan qaldırmaq üçün əldə olunan imkanların hamısından istifadə etməlisiniz.
Əqrəb - Çətin gündür. Sizi əsəbiləşdirən situasiyalarda sakit qalmağı bacarın.
Oxatan - Özünüzü güclü vəziyyətin ağası hiss edəcəksiniz. İşləriniz alınacaq. Maliyyə uğurları olmasa da, öz gücünüzə inamını qaytara biləcəksiniz.
Oğlaq - Çətin günlərdən birini yaşayırsınız. İşləriniz alınmırsa yarımçıq qoyduğunuz problemləri həll etməyə çalışın.
Dolça - Uğurlu gününüzdür. Ağıllı hərəkət etsəniz, ziyana düşməzsiniz. Ərköyünlük etməyin.
Balıqlar - İşləriniz alınmır. Səhhətinizə qarşı diqqətli olun. Vaxtından tez yatmağa çalışın.
Milli.Az