Cəmiyyət

Qaydanı başqa sürücü pozdu, cərimə ona gəldi - VİDEO

7 Mart 2023 16:47
Baxış: 883
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ünvanına cərimə protokolu gələn sürücü bununla razılaşmır.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Göyçay rayonu, Alpoud kənd sakini Yaşar Həsənova iki gün öncə Bakı-Qazax magistral yolunda, 70 km/saatlıq ərazidə 116 kilometr sürətlə hərkət etməsi və barəsində protokolun yazılması ilə bağlı məktub gəlib.

Yaşar Həsənovun sözlərinə görə, ona məxsus olan minik maşını VAZ markalıdır. Qaydanı pozan  maşının markası isə fərqlidir.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq.

İdarənin inispektoru Toğrul Nəsirli "Xəzər Xəbər"ə bildirdi ki, hər iki nəqliyyat vasitəsinin nömrələri oxşar olduğu üçün "sms" həmin vətəndaşa  göndərilib. Məlumat daxil olan kimi İdarənin mərkəzi informasiya sistemində müvafiq dəyişikliklər aparılaraq məsələ öz müsbət həllini tapıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.