Cəmiyyət

Kamran Əliyev “Tərtər işi”ndən DANIŞDI: mənəviyyatsızlıqdır...

1 Mart 2023 07:34
Baxış: 1 059
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox təəssüflər olsun ki, bəzi şəxslər "Tərtər işi"ndən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Real TV-yə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.

"Bu işi gündəmdə saxlamaqla, bir növ özlərini gündəmdə saxlamağa cəhd edirlər. Bu yolverilməzdir. Hesab edirəm ki, insanların hissləri ilə manipulyasiya etmək özü bir mənəviyyatsızlıqdır", - K.Əliyev söyləyib.

Kamran Əliyev əlavə edib ki, cinayətkarlığa qarşı mübarizədə bəzi kateqoriya cinayətləri üzrə sərtləşmə getməlidir:

"Bunu bizdən cəmiyyətimiz, vətəndaşlarımız və reallıq tələb edir. Bəzi cinayətlər üzrə isə humanistləşmə vacibdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.