Cəmiyyət

Vardanyan "vəzifə"sindən qovulur

21 Fevral 2023 18:19
Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan Ruben Vardanyanın qondarma rejimdəki fəaliyyətinə son verilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Artıq onun yerinə əvəzedici də tapılıb. Ruben Vardaryanı separtçıların "baş prokuroru" Qurgen Nersisyan əvəz edəcək.

Qurgen Nersisyan Vardanyanın yerinə gətirilməsi ilə bağlı təklif aldığını təsdiqləyib.

İndi öz biabırçı missiyasını yerinə yetirə bilməyən Ruben Vardanyan seçim qarşısındadır; Ya Azərbaycan ərazisindən sülhməramlıların avtomobilinin yük yerinə dırmaşmaq, ya Qırmızı Xaç Komitəsinin maşınına sığınmaq, ya da kartof kisəsində gizlənərək qaçmaq.

Qeyd edək ki, Münxhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev Azərbaycanın Qarabağın erməni icmasının nümayəndələri ilə paraktiki ünsiyyətə başlamağa hazır olduğunu vurğulayıb.

"Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlüklərdən faydalanırlar. Biz Qarabağdakı erməni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq. Bu gün Dövlət katibi Blinkenin qarşısında mən Ermənistandan olan həmkarıma bu barədə dedim. Lakin biz bunu o zaman edə bilərik ki, Rusiya vətəndaşı, cinayətkar oliqarx, Avropada çirkli pulların yuyulmasında əli olan şəxs - Vardanyan bizim ərazimizi tərk etsin", - deyə Prezident İlham Əliyev bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.