Cəmiyyət

Təhlükənin bir addımlığında: qəzalı binada ağac da bitib - VİDEO

20 Fevral 2023 14:14
Baxış: 872
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevirdə qəzalı vəziyyətdə olan binanın 4-cü mərtəbəsində yulğun ağacı bitib, pəncərələri karton və paslı dəmir parçaları ilə örtülüb.

Zirzəmi çirkab ilə dolduğundan üfunət yuxarı mərtəbələrə qədər qalxıb. Nəmişlik ucbatından tavan və divarlarda suvaq belə qopub. Hətta bəzi yerlərdə armaturlar üzə çıxıb.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət Mingəçevir şəhəri, Heydər Əliyev 82/1 ünvanında yerləşən yataqxana binasından gedır.

92 mənzildən ibarət olan dördmərtəbəli binanın sakinləri uzun illərdir bu vəziyyətdə yaşadıqlarını deyirlər.

Sakinlər yay aylarında binada vəziyyətin daha dözülməz olduğunu bildirirlər. Onlar aidiyyəti qurumlara dəfələrlə müraciət etdiklərini, ancaq problemin həll olunmadığını vurğulayırlar.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, binanın qəzalı vəziyyəti ilə bağlı FHN-in rəyi olmalıdır.

Binaya axan su, zirzəmiyə dolan çirkabın yaratdığı problemə gəldikdə isə, Mənzil Təsərrüfatı Abadlaşdırma İdarəsinin komendantı Akif Mənsimov bildirdi ki, birinci mərtəbəyə və zirzəmiyə axan su xətti təmir edilib. Hazırda su axıntısı dayanıb. Binanın digər problemləri isə növbəti həftələrdə aradan qaldırılacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.