Təxminən bir neçə saat bundan öncə Gəncə sakinləri səmada uçan naməlum cihaz müşahidə ediblər.
Milli.Az xəbər verir ki, bu barədə bizim.media-ya şəhər sakinləri məlumat veriblər.
Məlumata görə, hadisə yerli vaxtla 19:48 radələrinə təsadüf edib.
Video görüntülərə əsasən uzun işıqlarla təchiz olunan cihaz uçaraq gözdən itir.
Qeyd edək ki, bəzi sosial şəbəkələrdə bunun "Spase X" şirkətinin "Starlink" peykləri olduğu haqda məlumatlar yayılıb.
Milli.Az