Bu gün Siyəzən rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Yük maşını ilə minik maşını toqquşub
Milli.Az APA-ya istinadən xəbər verir ki, Siyəzən şəhər sakinəri 16 yaşlı Nihat Abasov, Rəvan Abasov, 17 yaşlı Aqşin Məmmədli və 31 yaşlı Nicat Məmmədov dünyasını dəyişib.
Qəzada xəsarət alan bir nəfərin müalicəsi isə Siyəzən Regional Diaqnostika Mərkəzində davam etdirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Milli.Az