Cəmiyyət

Bakıda zəlzələdən sonra yaranmış qırılmalarda tikinti aparılmır - Elxan Əsədov

9 Fevral 2023 12:56
Baxış: 1 365
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının zəlzələdən sonra yaranmış qırılmalarda tikinti aparılmır.

Milli.Az xəbər verir ki, bunu APA-ya müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.

Elxan Əsədov deyib ki, Bakının özünün sürüşmə ərazilərinin planı var: "Bu plan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidməti tərəfindən tərtib olunub. Həmin ərazilərdə tikintilər dayandırılıb. İstisna hal kimi orada dövlət üçün vacib olan tikintilər həyata keçirilə bilər. O da müəyyən hazırlıq tədbirləri görüldükdən sonra... Həmçinin Bakının bir neçə yerində zəlzələdən sonra yaranmış qırılmalar var ki, bu gün o ərazilərdə tikinti aparılmır. Belə vəziyyət Nərimanov prospektinə paralel olan Abdulla Şaiq küçəsində var. Həmin ərazidə sovet dövründən və ondan əvvəlki illərdən qalan köhnə birmərtəbəli evlər sökülür və yerində park salınır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.