"40 milyona yaxın azərbaycanlı fars rejminin əlində əsirdir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Biz hamımız Tehranda Azərbaycan səfirliyində baş verən hadisəni qınayırıq. Necə ki, gördüyünüz kimi, Azərbaycanda olan bütün dinlərin nümayəndələri gəlib burada başsağlığı verdi.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimində jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Azərbaycanda tolerantlıq mövcuddur.
"Amma çox təəssüflənirəm ki, Azərbaycana qonşu olan bir dövlətin Azərbaycana qarşı apardığı ədavətli hökmlərin nəticəsidir ki, bu gün akopyanları müqəddəs yerlərə gətirib gəzdirirlər, "Ermənistanın ərazi bütövlüyü bizim qırmızı çizgimizdir" deyirlər, tankları gətirib sərhədə düzürlər.
Mən burada İran xalqı deməzdim, çünki orda bizim 40 milyona yaxın azərbaycanlılarımız yaşayır, onlar bizim qardaşlarımızdırlar, onlar başa düşürlər, amma bu gün onlar İran rejminin, fars rejminin əlində əsirdirlər. Mən inanıram ki, gələcəkdə həqiqət öz yerini tapacaq. Bu gün biz İrandan şəhid aldıq, hansı ki, bizi qardaş hesab edirdi. Biz indi bilirik ki, İran bizim qardaşımız deyil. Onlar Ermənistanın qardaşıdır.
Necə ki, cənab Prezident İlham Əliyev bəyan etdi ki, səfirlikdə baş verən hadisə terror aktıdır, biz də deyirik ki, bu terror aktıdır. Bu, baxılmalıdır, araşdırılmalıdır və bütün dünya həqiqətin nə olduğunu bilməlidir", - deyə A.Paşazadə əlavə edib.
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?
XƏBƏR LENTİ
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?





