Vəzifə kürsüsündə vəfat etmiş yüksək post tutan məmurlar - SİYAHI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölümün insanı harada və neçə yaşında yaxalayacağı bəlli olmur. Eyni zamanda insanın sosial və inzibati statusunun da ölüm qarşısında elə bir önəmi qalmır.
Azərbaycanda da bir sıra yüksək vəzifəli məmurlar var ki, ömürlərinin sonuna qədər öz vəzifələrini icra ediblər. Onlar elə vəzifədə olduqları vaxtda dünyadan köçüblər.
Milli.Az bizim.media-ya istinadən vəzifədə olarkən dünyasını dəyişən yüksək vəzifəli məmurları araşdırıb.
Yavər Camalov
1949-cu ildə anadan olan Yavər Camalov 2006-2018-ci illərdə müdafiə sənayesi naziri olub. Yavər Camalov 16 oktyabr 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamına əsasən ölkənin iqtisadi inkişafındakı xidmətlərinə görə Şöhrət ordeni ilə təltif edilib. Lakin ömrünün sonun yaxın səhhətində yaranan problemlər səbəbindən İsrailə gedib və iyunun 23-də 68 yaşında dünyasını dəyişib.
Azad Rəhimov
2005-2021-ci illərdə gənclər və idman naziri olmuş Azad Rəhimov da ömrünün son aylarını xəstəliklə mübarizə aparıb. O, 2021-ci ilin yanvar ayından ağciyər xərçəngindən və qaraciyər serozundan müalicə alırdı. Azad Rəhimov, 30 aprel 2021-ci ildə ABŞ-ın Nyu-York şəhərində müalicə aldığı xəstəxanaların birində 57 yaşında dünyasını dəyişib.
Natiq Əliyev
Vəzifədə ikən dünyadan köçmüş digər nazir isə Natiq Əliyevdir. O, 1993-2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, 2005-2013-cü illərdə isə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri olub. Həmi ildən, vəfat ediyi 2017-ci ilə qədər Natiq Əliyev Azərbaycan Respublikasının Energetika naziri vəzifəsində çalışıb. Natiq Əliyev 2017-ci il iyunun 8-i Türkiyənin İstanbul şəhərində müalicə olunduğu xəstəxanada ömrünün 69-cu ilində vəfat edib.
Fəttah Heydərov
1983-1990-cı illərdə Naxçıvan MSSR, 1990-1995-ci illərdə Naxçıvan MR-in mədəniyyət naziri olmuş Fəttah Heydərov, 1995-ci ildən vəfat etdiyi 2020-ci ilədək Milli Məclisin deputatı olub. O, həm də Hesablayıcı Komissiyanın, eləcə də Ağsaqqallar Şurasının sədri idi. Fəttah Heydərov 2020-ci ilin avqustunda 82 yaşında dünyasını dəyişib.
Abbas Ələsgərov
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sabiq sədri Abbas Ələsgərov da vəzifədə olarkən dünyasını dəyişənlərdəndir. O, 2007-2018-ci illərdə müvafiq komitəyə sədrlik edib. Azərbaycan Respublikasının əməkdar memarı olan Abbas Ələsgərov 80 yaşında vəfat edib.
Arif Vəliyev
Arif Vəliyev 1993-cü ildə 2014-cü ilə qədər Dövlət Statistika Komitəsinin sədri olub. O, fəaliyyətinə görə bir sıra ali mükafatlarla, eləcə də "Şöhrət" ordeni ilə təltif olunub. 21 il boyunca DSK-ya rəhbərlik edən Arif Vəliyev də uzun sürən xəstəlikdən sonra 71 yaşında həyata gözlərini əbədi yumub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib - (Video)
XƏBƏR LENTİ
-
“Kızılcık şerbeti”ndə yeni sima - (Foto)
-
Bakıdakı universitetlərdə dərslər distant olacaq
-
Xamenei xalqa müraciət etdi
-
Tramp BMT Baş Assambleyasında Prezident İlham Əliyevdən sitat gətirib
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib - (Foto)
-
Erməni idmançı UFC-dən kənarlaşdırıldı
-
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır
-
"Səni ilk qucağıma aldığım gün sanki dünən idi" - Fatimə Fətəliyeva - (Foto)
-
Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
DİN işçi axtarır - şərtlər
-
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin iştirakı ilə “Birliyin Gücü - 2026” təliminin açılışı olub - (Foto/Video)
-
Azərbaycan Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”ni tanımır - XİN
-
Metronun 2 stansiyasında giriş sabahdan ödənişsiz olacaq - müddət açıqlandı - Yenilənib
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var





