Avropa Azərbaycan Məktəbində 20 Yanvar faciəsinin 33-cü ildönümü qeyd olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
1990 -cı il Yanvarın 19-dan 20-nə keçən gecə XXI Qızıl Ordunun dinc Azərbaycan əhalisinə qarşı törətdiyi qətliamdan 33 il ötür.
Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi və ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsidən ehtiyat edən Sovet İttifaqının rəhbərliyi tərəfindən Azərbaycana qarşı sərt addımlar atmaq üçün şərait yarandı.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya və qonşu rayonlara yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutdu.
Bu tarix xalqımızın müstəqillik və azadlıq haqqını tələb edərək əsarət boyunduruğunu qırmaq istəyinin ilk müjdəçisi olmuşdur.
20 Yanvar Azərbaycan tarixində yalnız hüzn günü deyil, həmçinin Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin müstəqillik arzusunun dirçəldiyi əlamətdar gündür. Böyük şairimiz Bəxtiyar Vahabzadə şəhidlərin öz canı, qanı ilə torpağa qarışaraq böyük bir millətin uzun illər həsrətində olduğu azadlıq toxumu əkməsini necə də mənalı ifadə etmişdir:
İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə
Azadlıq tumunu əkdi Şəhidlər.
Qan yaddaşımızın 33 -cü ildönümü Avropa Azərbaycan Məktəbinin hər iki korpusunda qeyd edildi.
Avropa Azərbaycan Məktəbinin rəhbər, müəllim və şagird heyəti Şəhidlər Xiyabanını ziyarət etdi, şəhidlərimizin məzarı üstünə gül dəstələri düzdü və "Əbədi Məşəl" abidəsi önünə əklik qoyaraq şəhidlərimizin əziz ruhu qarşısında ehtiram nümayiş etdirdilər.
İbtidai təhsil binasında şəhidlərimizin həmişəyaşar xatirəsinə ithaf olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Ardınca şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Müəllimlər şagirdlər ilə 20 Yanvar tarixinin məğzi və mahiyyətini izah edən maarfiləndirici söhbətlər apardılar və təqdimatlar nümayiş etdirdilər.
Şagirdlər 20 Yanvar faciəsi fonunda xalqımızın azadlıq və müstəqillik uğrunda apardığı mübarizəni əks etdirən rəsm nümunələri ərsəyə gətirdilər.
Azyaşlılar tarixmizin azadlıq, istiqlal və qəhrəmanlıq səhifələrini işıqlandıran və şəhidlərimizin qəhrəmanlığını, şücaətini ifadə edən şeirlər səsləndirdilər.
Orta təhsil korpusunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və vətən younda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Avropa Azərbaycan Məktəbinin direktoru Françesko Bankini çıxış edərək bu günün mahiyyəti haqqında fikirlərini bölüşdü və azadlıq, müstəqillik yolunun çətin və şərəfli olmasından bəhs edərək gənclərə bu dəyəri həmişə uca tutmalarını tövsiyyə etdi.
Şagirdlər tariximizin azadlıq və istiqlal uğrunda mübarizəsindən, tariximizin qəhrəmanlıq səhifələrindən və şəhidlərimizin şücaət, rəşadət və qəhrəmanlığından bəhs edən şeir, səhnəcik və təqdimatlar nümayiş etdirdilər.
Bu qanlı tarixin həmişəyaşar şəhidlərinə Uca Allahdan rəhmət diləyirik!
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Gələn il minimum maaş nə qədər olacaq?
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - Faktiki hava
-
Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə 42 ailə yola salınıb
-
Bu yolda quyunun üzərinin açıq qalması təhlükə yaradır - (Video)
XƏBƏR LENTİ
-
Çin xəritələrində İsrailin adı ilə bağlı diqqətçəkən detal - (Foto)
-
Yasamalda su borusu partladı
-
Gələn il minimum maaş nə qədər olacaq?
-
Yaponiyada 6 bal gücündə zəlzələ oldu
-
Pulunu dollara çevirmək istəyənlərin nəzərinə
-
Lamin Yamal "Qızıl top"dan danışdı
-
Bərdədə 26 yaşlı gənc öldürüldü - Saxlanılan var
-
Xəzər dənizi ildən-ilə geri çəkilir - Səbəb
-
"Bu, qulaqlıqdır, sırğa deyil, boş-boş danışanlar..." - Zamiq - (Video)
-
“Azeri Light” 118 dollara düşdü
-
Azərbaycanda yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir - Faktiki hava
-
Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı - (Video)
-
Şəmkirdə iki avtomobil toqquşdu: 3 nəfər yaralandı
-
Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
-
Prezident İlham Əliyev: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir
-
Fatih Terimin nəvəsi koronavirusa yoluxdu
-
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanlayıb
-
Qazın qiyməti bahalaşdı
-
“Mançester Siti”nin keçmiş futbolçusu 33 yaşında öldü - (Foto)
-
Dünya bazarında neft bahalaşdı
-
Nəsimi rayonunda qaz olmayacaq
-
Xocalı, Xocavənd şəhərlərinə və Şükürbəyli kəndinə 42 ailə yola salınıb
-
Azərbaycanda zəlzələ oldu
-
Millətlər Liqası: İspaniya və İsveçrə darmadağınla qalib gəldi





