Cəmiyyət

Ağsu sakini dəm qazından boğularaq ölüb

12 Yanvar 2023 23:16
Baxış: 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağsuda yerli sakin dəm qazından boğularaq ölüb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb.

Belə ki, rayon sakini 1953-cü il təvəllüdlü Nağıyeva Xanım Məhəmmədəli qızı yaşadığı evin hamam otağında dəm qazından boğulub.

Ətrafdakı insanların köməyinə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.

Onun meyiti tibbi ekspertiza olunması üçün aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.