Cəmiyyət

Milli parklarda heyvanlara yem paylanıldı - VİDEO - FOTO

11 Yanvar 2023 17:09
Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə ərazisində hava şəraitinin dəyişməsi, havaların soyuması və qar yağması ilə əlaqədar olaraq xüsusi mühafizə olunan təbiət ərazilərində otyeyən heyvan və quşların yemə olan tələbatının ödənilməsi məqsədilə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Milli.Az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın milli parklarında və dövlət təbiət qoruqlarında heyvan və quşların, əsasən miqrasiya etdikləri yollara və dağ cığırlarına ot və dənli yem məhsullarının paylanılması təmin edilib.

Bu istiqamətdə işlər şaxtalı-qarlı hava şəraitinin davam edəcəyi növbəti günlərdə də həyata keçiriləcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.