Cəmiyyət

Bakıda üçəm doğulub

9 Yanvar 2023 22:44
Baxış: 1 304
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda üçəm doğulub.

İnstitutdan Milli.Az-a verilən xəbərə görə, spontan baş vermiş üçəm hamiləlik ilə müraciət edən qadına hamiləliyin 34-cü həftəsində qeysəriyyə kəsiyi icra olunub.

Əməliyyatdan öncə respirator distres sindromunun profilaktikası məqsədilə görülən tədbirlər öz nəticəsini verib, vaxtından əvvəl dünyaya gəlmələrinə baxmayaraq, üçəmlərə heç bir reanimasion tədbirin icra olunmasına ehtiyac olmayıb.

İki qız, bir oğlan olan körpələr sağlam şəkildə ailələri ilə birlikdə evə yola salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.