Cəmiyyət

"Sədərək"dəki yanğını fürsət bilən gənclərdən iyrənc əməl - FOTO

8 Yanvar 2023 21:37
Baxış: 3 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Sədərək" Ticarət Mərkəzində yanğın zamanı obyektlərin birindən oğurluğa cəhd edən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Saxlanılan şəxslər müxtəlif məişət əşyalarını "öz obyektimizdən çıxarırıq, yanmasın", deməklə Post Patrul Xidmətinin əməkdaşlarına yanlış məlumat veriblər.

Oğurluq əməlində şübhəli bilinən şəxslər məsuliyyətə cəlb edilib.

Araşdırmalar aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.