Cəmiyyət

Ötən il işğaldan azad edilmiş ərazilərdə tapılan minaların sayı AÇIQLANDI - FOTO

2 Yanvar 2023 21:07
Baxış: 1 037
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə aylıq və illik statistik məlumatları açıqlayıb.

ANAMA-dan Milli.Az-a verilən məlumata görə, dekabrın 1-dən 30-dək aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 146, tank əleyhinə 405 mina və 1 305 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

2 263.07 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Bunda əlavə, ötən il ərzində (yanvar-dekabr) aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 8 780, tank əleyhinə 4 133 mina və 14 950 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Eyni zamanda, 41 915.77 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.