Cəmiyyət

Bu xəstəxanalarda böyük ödənişlər nağdsız olacaq

28 Dekabr 2022 22:26
Baxış: 1 063
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində 500 manatdan artıq olan ödənişlər də nağdsız qaydada həyata keçiriləcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin "Nağdsız hesablaşmalar haqqında" qanuna dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliyə əsasən, nağdsız qaydada həyata keçirilən hesablaşmaların dairəsi genişləndirilməklə, tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də nağdsız qəbul ediləcək.

Bununla da bütün özəl tibb fəaliyyətinə nağdsız əməliyyatlara münasibətdə eyni hüquqi rejim tətbiq olunur.

Özəl tibbi praktika - ali və ya orta tibb təhsili olan şəxslər tərəfindən hüquqi şəxs yaratmadan qanunvericiliklə müəyyən olunmuş qaydada verilən xüsusi razılıq əsasında ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi üzrə fəaliyyətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.