Cəmiyyət

Azyaşlı qızın ərə verilməsi ilə bağlı araşdırma aparılır

28 Dekabr 2022 08:28
Baxış: 1 205
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tovuz rayonunda azyaşlı qızın ərə verilməsi ilə bağlı Tovuz rayon polis şöbəsində müvafiq araşdırma başladılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov Milli.Az-a bildirib ki, hər iki tərəfin valideynləri polis şöbəsinə dəvət olunub.

Onlara bildirilib ki qanunla müəyyən edilmiş yaş həddinə çatmamış şəxslərin evləndirilməsi cinayət məsuliyyəti yaradır və həmin şəxslər bu məsuliyyətə cəlb oluna bilərlər. Onlarla profilaktik söhbət davam etdirilib, hər iki tərəf nişan mərasimi keçirdiklərini və qızın yaşının qanunla müəyyən edilmiş həddə çatdıqdan sonra toy edəcəklərini bildiriblər. Faktla bağlı zəruri araşdırmalar davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.