Cəmiyyət

Dubayda “Xarıbülbül əfsanəsi”

27 Dekabr 2022 08:14
Baxış: 432
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Dubaydakı Baş konsulluğunda ölkəmizin İsveçdəki səfirliyinin təşəbbüsü, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının və Mədəniyyət Nazirliyinin dəstəyi ilə lentə alınmış "Xarıbülbül əfsanəsi" sənədli filmi nümayiş etdirilib.

İsveçli fotoqraf və rejissor Mikael Silkeberqin bu ekran əsərinin nümayişindən əvvəl "Şuşa İli" çərçivəsində filmin Dubayda təşkil olunmuş təqdimatında baş konsulluğun əməkdaşları, bu şəhərdə yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.

Məlumat verilib ki, yaradıcı heyət tərəfindən Şuşada çəkilişlər aparılıb və şəhərin tarixi, musiqi və ədəbi mühiti barədə bir sıra tanınmış mədəniyyət və incəsənət xadimlərindən müsahibələr alınıb. Filmdə, həmçinin görkəmli elm və mədəniyyət xadimlərinin Qarabağ və onun tacı Şuşa haqqında fikirləri, eyni zamanda, tarixi şəxsiyyətlər barədə kadrlar yer alıb. Qərb alimlərinin Şərq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, musiqisi, muğam sənəti və əsrarəngiz təbiəti ilə bağlı düşüncələri də filmin əsas xəttini təşkil edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.