Cəmiyyət

Azərbaycanda tanınmış aktyor evində ölü tapılıb - FOTO

17 Dekabr 2022 20:03
Baxış: 2 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı aktyor Sadiq Əhmədov vəfat edib.
 
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 62 yaşlı aktyor ötən gün Bakıda yaşadığı evdə ölü tapılıb.
 
Tanınmış aktyorun iki gün öncə vəfat etdiyi məlum olub. Mərhum aktyor ötən gün dəfn olunub.

Qeyd edək ki, Sadiq İsa oğlu Əhmədov 1960-cı ildə Şərurda anadan olub. O,  "Əlvida, cənub şəhəri", "Cavid ömrü", "Qafqaz", "Məhkumlar", "Etimad telefonu", "Səhərə inan...", "Dolu" kimi bədii filmlərdə, "Şirəbənzər", "Arabir görüşməyə kişi axtarıram" və s. tamaşalarda müxtəlif obrazlar yaradıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.