Cəmiyyət

Şuşada aksiya iştirakçıları üçün sürpriz - FOTO

14 Dekabr 2022 20:54
Baxış: 1 471
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Laçın yolunda keçirdiyi aksiya bu gün davam edir.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, aksiyanın üçüncü günündə maraqlı anlar yaşanıb.

Belə ki, dinc aksiya iştirakçıları axşam dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində keçiriləcək Fransa-Mərakeş matçını izləyə bilcəklər. Bunun üçün ərazidə monitor quraşdırılıb. Bu isə aksiya iştirakçıları üçün sürpriz olub. Təşəbbüs isə matçın yayım hüququna sahib İctimai Televiziyadan gəlib.

Monitorun quraşdırılması rusiyalı sülhməramlıların da marağına səbəb olub.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.