Cəmiyyət

İstefa verdiyi deyilən Vasif Talıbov oğlu və nazirlərlə rəsmi tədbirdə - FOTO

12 Dekabr 2022 21:21
Baxış: 3 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gündür bəzi media resurslarında istefa etməsi ilə bağlı xəbərlər yayılan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov üzə çıxıb.

Milli.Az manset.az-a istinadən bildirir ki, Vasif Talıbov Ümümmilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyub, ehtiramını ifadə edib. Onunla bərabər Naxçıvan MR Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirliklərin, komitə, xidmət, baş idarə və təşkilatların rəhbərləri də mərasimdə iştirak edib. Ziyarət zamanı Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov da iştirak edib.

Qeyd edək ki, dünən Vasif Talıbovun köməkçisi Ramiz Məmmədov manset.az-a açıqlama verərək Ali Məclis sədrinin istefa verməsi ilə bağlı xəbərləri cəfəngiyyat adlandırmışdı. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.