Cəmiyyət

Alma Store indi iSpace-dir!

12 Dekabr 2022 11:10
Baxış: 1 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Apple şirkətinin Azərbaycandakı Premium Reselleri olan Alma Store öz adını dəyişir. İndi şirkət iSpace adlanacaq. Rebrendinq çərçivəsində şirkət Apple cihazları üçün eksklüziv qiymətlər də təklif edir.

iSpace prestijli Premium Reseller statusuna malik ölkədəki yeganə rəsmi Apple tərəfdaşıdır. Bu həmçinin alıcılar üçün bir sıra üstünlüklər deməkdir:

Yalnız rəsmi zəmanəti olan orijinal Apple cihazları.

Hər şey göz önündə. iSpace texnologiyanı şüşə arxasında gizlətmir. Gəlib istənilən cihazı əlinizə götürüb onunla tanış ola bilərsiniz. Bu seçim etməyə də kömək edir.

Ekspertiza. iSpace mütəxəssisləri Apple texnologiyası haqqında hər şeyi bilirlər. Tövsiyə, təlim və ya sadəcə məsləhətə ehtiyacınız varsa, hərtərəfli cavablar alacaqsınız.

Xidmətlər. Mütəxəssislər cihazınıza hər hansı bir məlumat yazmaq, quraşdırmaq, aksesuarları seçmək və qoruyucu şüşə yapışdırmaqda kömək edəcəklər.

Peşəkar təmir. iSpace-ə avtorizə olunmuş Apple Servis Mərkəzi daxildir. Mühəndislər brendin Azərbaycandakı nümayəndələri tərəfindən sertifikatlaşdırılıb və avadanlıqları Apple standartlarına uyğun təmir edirlər.

Zəmanət və zəmanətsiz xidmət.

Yalnız 4 gün: Apple qadcetləri üçün özəl qiymətlər

Yeniliklər çərçivəsində iSpace Apple cihazları üçün xüsusi təklif elan edir. Yeni ildə özünüz və yaxınlarınız üçün özəl hədiyyələr. Sadəcə 4 gün ərzində keçərlidir: 8-11 dekabr. Məhsullar məhdud saydadır, tələsin!

•    AirPods 3: 299 AZN-dən. 180 AZN-dək güzəşt. Bazarda heç bir satıcıda orijinal məhsullar üçün belə qiymətlər yoxdur!
•    Apple Watch SE 40: 599 AZN-dən. 180 AZN-dək güzəşt. 
•    Apple Watch SE 44: 699 AZN-dən. 160 AZN-dək güzəşt. 
•    Apple Watch Series 7 45 mm: 949 AZN-dən. 250 AZN-dək güzəşt.

Həmçinin dekabrın 8-dən 11-dək 18 aylıq taksit imkanı da var: 

•    iPhone 11 64 GB: 1199 AZN və ya ayda 67 AZN-dən;
•    MacBook Air M2: 2999 AZN və ya ayda 167 AZN-dən. Hədiyyə - Microsoft proqramlarına illik abunəlik - Office 365 paketi.

Məhsulları 12 aylıq kredit və ya taksitlə də ala bilərsiniz. İlkin ödəniş və ya əlavə xərclər yoxdur.

Xüsusi iSpace təklifləri haqqında xəbərdar olmaq istəyirsinizsə, virtual müştəri kartı - Wallet əldə edin.

Alış-veriş üçün hər kəsi iSpace mağazalarına gözləyirik!

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.