Cəmiyyət

Yevlaxda ağır qəza: Ölü və yaralılar var

10 Dekabr 2022 22:34
Baxış: 873
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yevlaxda ağır avtomobil qəzası baş verib.

Qəza nəticəsində bir nəfər dünyasını dəyişib, 5-i isə yaralanıb.

Tanrıqulular kəndində "Opel" və "Hunday" markalı avtomobillərin toqquşması nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Zabit Əli oğlu Əliyev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.

Bakı şəhər sakinləri, 1988-ci il təvəllüdlü Elmin Vilayət oğlu Süleymanov, 1984-cü il təvəllüdlü Rəsul Sərvan oğlu Babayev, 1974-cü il təvəllüdlü Ceyhun Səfər oğlu Haşımov, 1999-cu il təvəllüdlü Asif Abdulla oğlu Abdullayev və 1984-cü il təvəllüdlü Rövşən Kərim oğlu Rəcəbov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.