Cəmiyyət

Toğanalı-Kəlbəcər yolunda hərəkət dayanıb - FOTO

5 Dekabr 2022 23:19
Baxış: 1 928
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Toğanalı-Kəlbəcər yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Milli.Az APA-ya istinadən bildirir ki, yolun bağlanmasına səbəb ötən gündən yağan qarın buz bağlaması nəticəsində MAN markalı yük avtomobilinin sürüşməsi olub. Yük maşının yolun mərkəzi hissəsində hərəkətsiz qalması hərəkəti dayandırıb.

Hazırda müvafiq qurumların əməkdaşları əraziyə cəlb olunub. Hərəkətin bərpa olunması istiqamətində işlər aparılır. Qeyd edək ki sözügedən yol artıq buz bağlayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.