Cəmiyyət

Ağcabədidə yeniyetmə qızı avtomobil vurub, vəziyyəti ağırdır

1 Dekabr 2022 08:43
Baxış: 821
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ağcabədi rayonunda 13 yaşlı yeniyetmə qızı avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə rayon mərkəzində qeydə alınıb.

2009- cu il təvəllüdlü Rəsulova Könül Kənan qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan paytaxtda yerləşən xəstəxanalardan birinə gətirilib.

Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.