Cəmiyyət

Azərbaycanın Ukraynadakı səfiri əsayla görüntüləndi - FOTO

12 Noyabr 2022 20:24
Baxış: 2 281
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova əsa ilə görüntülənib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Rus Dram Teatrının kassasının qarşısında lentə alınanı fotoda xanım səfirin səhhətinin yerində olmadığı müşahidə edilib.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayanda Azərbaycanın Ukraynadakı səfiri E.Axundova və diplomatik korpusun nümayəndə heyəti Ukraynanı tərk etmişdi və bu, ciddi müzakirələrə səbəb olmuşdu. Xanım səfir Ukraynanı tərk etməsini həm də əməliyyat olunması ilə əsaslandırmışdı.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 69 yaşlı Elmira Axundovanın budəfəki durumu isə həmin əməliyyatla bağlı deyil, ayağı burxulması ilə əlaqədardır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.