Cəmiyyət

Azərbaycanda 15 yaşlı oğlan 17 yaşlı bacısını yatdığı yerdə niyə öldürüb? - DƏHŞƏTLİ TƏFƏRRÜAT - VİDEO

6 Noyabr 2022 20:56
Baxış: 3 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qaxda 2005-ci il təvəllüdlü Albina Papiaşvili bıçaqla qətlə yetirilib. Onun 15 yaşlı qardaşı Jora Papiaşvili şübhəli şəxs qismində saxlanılıb.

Hadisə rayonun mərkəzində Cavanşir Rəhimov küçəsi ev 5 ünvanında qeydə alınıb.

Bacı-qardaşın yaxınlarının sözlərinə görə, Albina və Jora Qax şəhərində kirayə yaşayıblar. Onların atası 6-7 il əvvəl elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Atanın ölümündən sonra onların anası qeyri-rəsmi nikaha daxil olub və bundan sonra ana ilə övladları arasında narazılıq yaşanıb.

Qohumlar iddia edirlər ki, Albina və Joranın anası onlarla maraqlanmayıb. Uşaqlar nəzarətsiz qalıbar.

Kirayə yaşadıqları evdə Albina qardaşı və sevdiyi oğlanla birgə qalıb. Bəzi vaxtlar isə həmin evə onun rəfiqəsi də gəlib. Qətlin baş verdiyi gün isə bacı və qardaş evdə tək olublar. Nəvəsinin telefona cavab vermədiyini görən nənə evə gedərək dəhşətli hadisə ilə üzləşib.

Əraflı Xəzər TV-nin süjetdə:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.