Cəmiyyət

Pensiyalarla bağlı əhaliyə şad xəbər - Dəyişiklik qəbul edildi

5 Noyabr 2022 22:07
Baxış: 12 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

'Azərbaycan ərazilərini işğaldan azad edərək regionda geosiyasi mənzərəni dəyişdirib''.

Milli.Az Xezer TV-yə istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin spiker Sahibə Qafarova deyib.

Parlamentin sədri sülh sazişi ilə bağlı Ermənistana çağırış edib.

İclasda İranın yürütdüyü anti-Azərbaycan siyasəti kəskin tənqid edilib.

Millət vəkili Qənirə Paşayeva İranın addımlarının qonşuluq münasibətlərinə sığmadığını, Elman Nəsirov isə rəsmi Tehranın ölkəmizə qarşı nankorluq etdiyini vurğulayıb.

"Təhsil haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı deputatlar bir sıra məsələlərə diqqət çəkiblər.

"Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişikliklər isə üçüncü oxunuşda qəbul edilib. Dəyişikliyə əsasən bütün növ əmək pensiyalarının məbləği hər il vahid qaydada indeksasiya edilərək artırılacaq. Bundan əlavə plenar iclasda Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edilib.

Sənəddə qeyd edilib ki, Azərbaycan Vətən müharibəsində qazanılmış tarixi Zəfərin nailiyyətlərini qorumaq, xalqımıza və dövlətimizə qarşı yeni düşmənçilik hərəkətlərinə yol verməmək üçün bundan sonra da bütün tədbirləri görəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.