Cəmiyyət

İsmayıllıda yeni tikilən uşaq bağçaları istifadəyə verilmir - VİDEO

28 Oktyabr 2022 16:08
Baxış: 716
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə ildir ki, İsmayıllı rayonunda yeni tikilən bəzi uşaq bağçaları istifadəyə verilmir.

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, həmin bağçalardan biri şəhərin Vahab Osmanov küçəsində yerləşir.

Məktəbəqədər təhsil müəssisəsi tam təmir olunub, istifadə üçün hazır vəziyyətdədir. Üçmərtəbəli binada 5 qrupun fəaliyyət göstərməsi üçün hər cür şərait yaradılıb, bütün otaqlar müasir avadanlıqlarla təchiz edilib.

Bütün bunlara rəğmən bağça fəaliyyətsiz qalıb. Bu isə yaxınlıqda yaşayanların - şəhid ailələri və qazilər, həmçinin digər həssas qrupdan olan sakinlərin ürəyincə deyil.

Məsələ ilə bağlı Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İsmayıllı sektorundan verilən məlumata görə, uşaq bağçası bu il rayon icra hakimiyyətindən tam təmirli vəziyyətdə təhvil alınıb. Bağçanın fəaliyyətə başlaması üçün Elm və Təhsil Nazirliyinə müraciət edilib. Sözügedən müəssisənin 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.