Göygöl sakini bədbəxt hadisə nəticəsində ölüb.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşqara kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Elşən Abbasov yaşadığı evdə qaz borusunu düzəldən zaman ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.
Ağır xəsarət alan E.Abbasov xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az