Qaz borusunu düzəldərkən hündürlükdən yıxılaraq öldü

22 Oktyabr 2022 21:47

Göygöl sakini bədbəxt hadisə nəticəsində ölüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşqara kəndində baş verib. Kənd sakini 1991-ci il təvəllüdlü Elşən Abbasov yaşadığı evdə qaz borusunu düzəldən zaman ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.

Ağır xəsarət alan E.Abbasov xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az