Göygöldə bədbəxt hadisə baş verib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.
Kənd sakini 1991-ci il təvəllüdlü Elşən Abbasov yaşadığı evdə qaz xəttini düzəldən zaman ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.
31 yaşlı kişi xəstəxanaya aparılsa da, həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az