Göygöldə 31 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb

22 Oktyabr 2022 20:02

Göygöldə bədbəxt hadisə baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Quşqara kəndində qeydə alınıb.

Kənd sakini 1991-ci il təvəllüdlü Elşən Abbasov yaşadığı evdə qaz xəttini düzəldən zaman ehtiyatsızlıqdan hündürlükdən yıxılıb.

31 yaşlı kişi xəstəxanaya aparılsa da, həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az